Ağsuda ağır qəza: 1 ölü, 1 yaralı var

Ağsuda ağır qəza: 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Ağsuda ağır qəza: 1 ölü, 1 yaralı var

269250

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saat 07 radələrində Şamaxı-Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, qəza zamanı “VAZ-2106” və “Shacman” markalı yük avtomobili toqquşub. Nəticədə “VAZ-2106”da olan Sadıqov İsa Mirələm oğlu hadisə yerində ölüb və ilkin məlumata sürücünün oğlu 1992-ci il təvəllüdlü Sadıqov Bəhlul İsa oğlu xəsarət alıb.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO