Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO

Hazırda oxunan: Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO

269216

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya yıxılıb.

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində yerləşən "Asma Körpüdə" baş verib.

Balakən rayonu Katex kənd sakini, 40 yaşlı Elçin Sədrəddin oğlu İsayev Tala çayının üzərindəki körpüdən çay yatağına yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. İsayev FHN-in xilasediciləri tərəfindən çaydan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilib.

E. İsayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO