Biləsuvar rayonunda ehtiyatsızlıq yanğınla nəticələnib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Lətif Söhbət oğlu yaşadığı evin həyətində yemçəkən aqreqatı təmir edərkən qısaqapanma baş verib. Nəticədə yanğın alovlanıb.
Bu zaman L.Məmmədov və ona kömək edən Amənkənd kənd sakini, 51 yaşlı Bayramov Cavid Lətif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ikinci və üçüncü dərəcəli yanıq diaqnozu qoyulub. Hazırda hər iki şəxsin müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:33 / 07.09.2025
Biləsuvarda bədbəxt HADİSƏ: 2 nəfər xəsarət aldı
Hazırda oxunan: Biləsuvarda bədbəxt HADİSƏ: 2 nəfər xəsarət aldı
Hazırda oxunan: Biləsuvarda bədbəxt HADİSƏ: 2 nəfər xəsarət aldı
269214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.