Haaqada Azərbaycanın milli rəqsləri təqdim olundu- FOTO

Haaqada Azərbaycanın milli rəqsləri təqdim olundu- FOTO

Hazırda oxunan: Haaqada Azərbaycanın milli rəqsləri təqdim olundu- FOTO

269187

Azərbaycanın Niderlanddakı səfirliyi Haaqa şəhər meriyası tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilmiş “Səfirlik festivalı”nda iştirak edib.

Bizim.Media xəbər verir ki, Haaqanın mərkəzindəki tarixi “Lange Voorhout” meydanında "Bir gündə dünya səyahəti" devizi altında keçirilən tədbir dünya xalqlarının zəngin mədəni irsini bir araya gətirib.

Minlərlə insanın ziyarət etdiyi festivalda təxminən 60 ölkə milli pavilyonları ilə təmsil olunub.

Bu mədəniyyət platformasında qurulan Azərbaycan pavilyonu zənginliyi və rəngarəngliyi ilə tədbirin ən çox ziyarət edilən guşələrindən birinə çevrilib. Burada təqdim olunan Azərbaycanın tarixinə, mədəniyyətinə, turizm potensialına aid material və eksponatlar, xalçalar, milli geyimlər, eləcə də plov, dolma, kabab, qutab və milli şirniyyatlar ziyarətçilərin böyük marağına səbəb olub.

Haaqa şəhərinin meri Yan van Zanen Azərbaycan pavilyonuna baş çəkib. O, ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə ilə və digər soydaşlarımızla söhbətləşib, Azərbaycanın festivalda fəal iştirakı ilə bağlı məmnunluğunu ifadə edib, xalqımızın zəngin mədəni irsinə və qonaqpərvərlik ənənələrinə heyran qaldığını deyib.

Tədbir çərçivəsində təşkil olunan musiqi proqramında Avropada yaşayan həmvətənlərimizdən ibarət “Qafqaz” rəqs qrupu çıxış edib, Azərbaycanın milli rəqsləri təqdim olunub. Çıxışlar alqışlarla qarşılanıb. Çoxlu ziyarətçi Azərbaycanın milli rəqslərini, o cümlədən “Yallı”nı ifa edib.

Bu festival Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə uğurla tanıdılması baxımından önəmli addım olmaqla yanaşı, xalqımızın irsini, qonaqpərvərliyini və yaradıcı ruhunu bir daha nümayiş etdirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO