Gəncədə xəsarət alan iki nəfərin sağlamlıq durumu necədir?

Gəncədə xəsarət alan iki nəfərin sağlamlıq durumu necədir?

Hazırda oxunan: Gəncədə xəsarət alan iki nəfərin sağlamlıq durumu necədir?

269173

Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar zamanı xəsarət alan iki nəfərin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 07.09.2025-ci il tarixində saat 15:50 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir" deyə xəstəxanadan bildirlib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO