Qusarın Mucuq kəndində qəzalı vəziyyətdə olan körpü yenidən QURULUR - FOTO

Qusarın Mucuq kəndində qəzalı vəziyyətdə olan körpü yenidən QURULUR - FOTO

Hazırda oxunan: Qusarın Mucuq kəndində qəzalı vəziyyətdə olan körpü yenidən QURULUR - FOTO

269083

Qusar rayonunun Mucuq kəndində yerləşən, uzun illərdir kənd sakinlərinin gündəlik istifadəsində olan körpü əsaslı şəkildə təmir olunur.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, intensiv yağıntılar nəticəsində daha da yararsız vəziyyətə düşərək, üst hissəsi ağac, torpaq və çınqılla formalaşdırılmış konstruksiya təhlükəsizlik baxımından risk yaratdığından, körpünün bərpası zəruri hesab olunub.

Qusar Rayon İcra Hakimiyyəti və yerli bələdiyyənin birgə təşəbbüsü ilə həyata keçirilən təmir işləri çərçivəsində körpünün dayaqları möhkəmləndirilib, üst örtüyü isə müasir və davamlı materiallarla yenilənib.

Əvvəllər ağac, torpaq və daş qatından ibarət olan üst hissə möhkəm dəmir-beton plitələrlə əvəzlənərək nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkəti təmin ediləcək.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO