Qazaxda AĞIR QƏZA: 3 nəfər xəstəxanalıq oldu

Qazaxda AĞIR QƏZA: 3 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Qazaxda AĞIR QƏZA: 3 nəfər xəstəxanalıq oldu

269075

Qazaxda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Xanlıqlar kəndində qeydə alınıb.
 

Hərəkətdə olan “VAZ 2107” və “Opel” markalı avtomobillər toqquşması nəticəsində 1992-ci il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü V.Salehov və 1992-ci il təvəllüdlü R. Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO