Zülal orqanizm üçün vacib və faydalı element hesab olunur. O, əzələlər, fermentlər, hormonların düzgün işləməsi və immunitet üçün olduqca vacibdir.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə artıq zülal ziyanlı ola bilər.
Endokrinoloq Zuxra Pavlova öz teleqram-kanalında araşdırmalara istinad edərək bildirib ki, ideal halda zülal qəbulunu təxminən hər kiloqram çəki üçün 1 qram səviyyəsində saxlamaq lazımdır.
Əgər 1,6 qram/kq həddini keçsək, əlavə fayda olmayacaq – əzələlər daha sürətlə böyüməyəcək, amma kalori miqdarı artacaq.
Həkim qeyd edib ki, artıq zülal artıq piy deməkdir. Orqanizm artıq enerjini ehtiyat kimi saxlayır. Zuxra Pavlova həmçinin xəbərdarlıq edib ki, zülalın həddindən artıq qəbulu böyrək xəstəlikləri olan insanlar üçün təhlükəlidir, çünki bu zaman orqanlara əlavə yük düşür.
Bundan əlavə, artıq zülal “zülal zəhərlənməsinə” səbəb ola bilər. Belə hallarda simptomlara ürəkbulanma, zəiflik və enerji çatışmazlığı daxildir.
Qeyd edək ki, zülal çatışmazlığı da təhlükəlidir.
Bizim.Media