Şəhid oğlunu işə götürmədilər, özünü YANDIRDI - ŞOK FOTO

Şəhid oğlunu işə götürmədilər, özünü YANDIRDI - ŞOK FOTO

Hazırda oxunan: Şəhid oğlunu işə götürmədilər, özünü YANDIRDI - ŞOK FOTO

26907

Azərbaycanda şəhid oğlu intihara cəhd edib.

Bizim.Media xəbər verir ki, söhbət Birinci Qarabağ müharibəsində Laçın rayonunda qəhrəmancasına şəhid olmuş Vaqif Salmanovun oğlu Hikmət Salmanzadədən gedir.

O, ötən gün axsam saatlarında yaşadığı evdə özünü yandırıb. Təcili tibbi yardımla 5 saylı Şəhər Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdirilən şəhid oğlunun vəziyyəti orta ağır kimi dəyərləndirilir.

Məlumata görə, Hikmət Salmanzadə dəfələrlə işlə təminatına dair dövlət qurumlarına, o cümlədən Laçın rayon İcra Hakimiyyətinə müraciət etsə də, işlə təmin olunmayıb. Ona 3 aya yaxındır işlə təminatına dair vəd verilsə də, yerinə yetirilməyib.

Xatırladaq ki, Vaqif Salmanov Birinci Qarabağ müharibəsində Laçın alayının kəşfiyyat tağımının komandiri olub.

Vaqif Salmanov 5 mart 1948-ci ildə Lacın rayonunun Qarabəyli kəndində anadan olub. Qorçu kənd orta məktəbində oxuyub. Gəncə Texnologiya Texnikumunu bitirib. 1988-ci ilə qədər tikinti idarəsində ekspeditel vəzifəsində işləyib.

Müharibə başladıqdan sonra Vaqif Salmanov 811 saylı Laçın alayının kəşfiyyar rəisi olub. Onun sayəsində Laçınla həmsərhəd olan erməni kəndlərində yerləşən canlı qüvvə və döyüş texnikalarının mövqeləri təsbit edilib.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO