Elektron siqaretlərdə narkotik təhlükəsi

Elektron siqaretlərdə narkotik təhlükəsi

Hazırda oxunan: Elektron siqaretlərdə narkotik təhlükəsi

269023

İngiltərədə aparılan araşdırma nəticəsində məktəblərdə ələ keçirilən elektron siqaretlərdə sintetik narkotik olan “Spice” aşkarlanıb. Mütəxəssislər xəbərdarlıq edir ki, bu təhlükəli maddə sosial şəbəkələr vasitəsilə gənclərə asanlıqla satılır.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, keçən il “Spice” ilə qarışdırılmış elektron siqaretlər bir çox şagirdin xəstəxanaya yerləşdirilməsinə səbəb olub, bir şagird isə komaya düşüb. Sonrakı araşdırmalar isə problemin düşündüyümüzdən daha geniş yayıldığını üzə çıxardı.

İngiltərənin yeddi bölgəsində yerləşən 114 məktəbdən toplanmış 1.923 elektron siqaret və e-maye nümunəsi analiz edilib. Nəticədə nümunələrin 13 faizində “Spice” aşkarlanıb. London və
Lancashire bölgələrində isə bu göstərici 25 faizə qədər yüksəlib.

Tədqiqatı aparan professor Chris Pudney bildirib ki, “Spice” qatılmış e-siqaretlər “Instagram” və “TikTok” kimi sosial şəbəkələrdə açıq şəkildə satılır:

“Sadə bir axtarış yüzlərlə narkotik satıcısını üzə çıxarır. Bu maddələr gənclər üçün çox rahat əlçatan vəziyyətdədir”, - deyə o qeyd edib.

“Spice” nədir?

“Spice” - laboratoriyada sintez edilən, kenevrin təsirlərini təqlid etmək məqsədilə hazırlanan sintetik narkotikdir. Ən çox həbsxanalarda yayılması ilə tanınır. Onun istifadəsi zamanı başgicəllənmə, nəfəs darlığı, hərəkətsizlik, çarpıntı, göyərmə, tutma, psixoz, hətta intihar düşüncələri kimi ağır yan təsirlər müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO