Kürdəmir rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, rayonun Xırdapay kəndində ümumi sahəsi 1400 m² (1-ci mərtəbəsi 600 m², 2-ci mərtəbəsi 800 m²) olan ikimərtəbəli şadlıq sarayının sahəsi 20 m² olan təsərrüfat otağında 1 ədəd elektrik lövhəsi, 1 ədəd səsgücləndirici qurğu, 1 ədəd işıq tənzimləyicisi və 10 m² sahədə yığılan plastik qablar yanıb. Şadlıq sarayı yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:45 / 06.09.2025
Şadlıq sarayında YANĞIN
Hazırda oxunan: Şadlıq sarayında YANĞIN
Hazırda oxunan: Şadlıq sarayında YANĞIN
269017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.