Yeni tədris ilinin başlanması uşaqlar üçün həm həyəcan, həm də stress mənbəyi ola bilər.
Psixoloqlar valideynləri uşaqları məktəbə həm emosional, həm də sosial cəhətdən hazırlamağa çağırır.
Bizim.Media xəbər verir ki, uşaqların məktəbə uyğunlaşması üçün valideynlərin rolu çox önəmlidir.
Onlar uşağa məktəb həyatının maraqlı və təhlükəsiz olduğunu izah etməli, ünsiyyət və paylaşma bacarıqlarını gücləndirməli, müstəqilliyini təşviq etməli və gündəlik rutinlərə alışdırmalıdır.
Həmçinin, uşaqların qorxularını qəbul etmək və onları dinləmək, streslə başa çıxmasına dəstək olmaq adaptasiyanı asanlaşdırır. Psixoloqlar qeyd edir ki, məktəbə hazırlıq yalnız dərs bilikləri ilə deyil, emosional və sosial bacarıqlarla da bağlıdır.
Uşaqların rahat və motivasiyalı şəkildə məktəbə başlaması üçün valideynlərin səbrli və dəstəkləyici olması vacibdir.
Bizim.Media