Məşhur markaların günəş kremi qalmaqalı: Uğursuz nəticə göstərib

Məşhur markaların günəş kremi qalmaqalı: Uğursuz nəticə göstərib

Hazırda oxunan: Məşhur markaların günəş kremi qalmaqalı: Uğursuz nəticə göstərib

268993

Avstraliyada aparılan testlər, populyar brendlərin də daxil olduğu 20 günəş kremindən 16-sının vəd etdiyi qorunmanı təmin etmədiyini üzə çıxarıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, istehlakçı təşkilatı “Choice Australia” tərəfindən müstəqil laboratoriyada sınaqdan keçirilən məhsulların böyük hissəsi qablaşdırmada göstərilən SPF dəyərinə uyğun gəlməyib.

“Neutrogena”, “Banana Boat” və “Bondi Sands” kimi geniş istifadə olunan markaların məhsulları da testlərdə uğursuz nəticə göstərib.

Avstraliya Dərman və Sağlamlıq Məhsulları İdarəsi (TGA) araşdırma başladığını açıqlayıb. Bir çox şirkət üzr istəyərək müştərilərə geri ödəmə və endirim kuponu təklif etsə də, istifadəçilərin narazılığı davam edir.

Qalmaqal necə üzə çıxdı?

Avstraliya günəş kremini “kosmetik vasitə” deyil, “dərman” kimi qəbul edən ölkələrdəndir. Buna baxmayaraq, araşdırmalar bir sıra məhsulların ABŞ-da fəaliyyət göstərən tək bir laboratoriyadan yüksək SPF sertifikatı aldığını, bəzi Avstraliya istehsalçılarının isə həmin formulaları paylaşdığını göstərib.

2019-cu ildə ABŞ-da fəaliyyət göstərən bir laboratoriyanın saxta nəticələr təqdim etdiyi aşkarlanmış, müəssisənin sahibi həbs olunmuşdu.

Avstraliya hələ də “dünyanın dəri xərçəngi paytaxtı” olaraq qalır. Bu qalmaqal isə günəş kremi sənayesinə olan etimadı ciddi şəkildə sarsıdıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO