Bu müsahibədən keçə bilməyənlər üçün Apellyasiya komissiyası YARADILDI

Bu müsahibədən keçə bilməyənlər üçün Apellyasiya komissiyası YARADILDI

Hazırda oxunan: Bu müsahibədən keçə bilməyənlər üçün Apellyasiya komissiyası YARADILDI

268917

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinə kitabxana müdiri/ kitabxanaçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

Bu barədə Bizim.Media-ya BŞTİ-dən bildirilib. Qeyd olunub ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər sentyabrın 8-də saat 14:30-dan 16:30-dək BŞTİ-yə yaxınlaşaraq komissiyaya müraciət edə bilərlər.

Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədləri özü ilə gətirməsi vacibdir. Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə SMS vasitəsilə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO