Universitetlərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR – BU TARİXDƏ

Universitetlərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR – BU TARİXDƏ

Hazırda oxunan: Universitetlərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı BAŞLAYIR – BU TARİXDƏ

268871

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr 2025-ci il saat 11:00-da start veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
 

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) portal.edu.az sistemindən qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.


Elektron sistem üzrə qeydiyyat 15 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO