Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama

Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama

Hazırda oxunan: Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama

268832

Şorbanı soyuducuda 3-5 gün təhlükəsiz saxlamaq olar.

Bizim.Media xəbər verir ki, bunu biyoloq Asiyat Abdullayeva "gazeta.ru"ya bildirib.
 

Onun dediyinə görə şorbanın saxlanma müddəti tərkibindən və soyuducuda saxlama şəraitindən asılıdır.


- Tərəvəz və göbələk şorbaları: 3-4 gün

- Ət və toyuq bulyonları: 4-5 gün

- Balıq şorbaları: 1-2 gün

- Süd və krem şorbaları: 2-3 gün

Mütəxəssis qeyd edib ki, şorba iki saatdan çox otaq temperaturunda qalmamalı, sonra +4°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Hər dəfə qaynatmaq saxlanma müddətini 1-2 gün uzada bilər, lakin çox isitmək dad və qida dəyərini azaldır.
 

Uğurlu saxlama üçün şorbanı kiçik porsiyalara bölmək və konteyneri kip bağlı saxlamaq tövsiyə olunur. Əgər şorba 5 gündən çox saxlanacaqsa, onu 2-3 ay müddətinə dondurmaq daha məqsədəuyğundur.


Mütəxəssis vurğulayır: şorbanın dadı, qoxusu və rəngi şübhəli görünürsə, onu yeməkdən çəkinmək lazımdır. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO