Xəbər verildiyi kimi ötən gecə Naxçıvanda bədbəxt hadisə baş verib. Belə ki, Şahbuz rayonu Ayrınc kəndi ərazisindəki istirahət mərkəzlərinin birində süni göl üzərində olan platforma aşıb və iki nəfər həyatını itirib. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Bizim.Media bədbəxt hadisənin baş verdiyi ərazidən görüntüləri əldə edib.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda istirahət mərkəzində AİLƏ FACİƏSİ – Ölənlər var - FOTO
Onu da qeyd edək ki, hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəzaya düşüblər.
Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Tural Əli oğlu Hüseynov və onun oğlu, 2007-ci il təvəllüdlü Nicat xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media