Azərbaycanda bu gün 17 mindən çox abituriyent imtahan verəcək 

Azərbaycanda bu gün 17 mindən çox abituriyent imtahan verəcək 

Hazırda oxunan: Azərbaycanda bu gün 17 mindən çox abituriyent imtahan verəcək 

26881

İyulun 1-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəranda imtahanlar keçirilir. Bu imtahanlarda 17 min 12 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur. 

Bizim.Media DİM-in saytına istinadla keçiriləcək imtahanları təqdim edir: 

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; 

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan. 

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı; 

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı. 

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İyulun 1-də və 2-də keçiriləcək imtahanlar üçün şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 2022 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 120 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2504 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi cəlb edilib. 

İmtahanlarda 44 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO