Gəncə şəhərində 4 otaqlı evdə yanğın olub.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.
Hadisə nəticəsində evdə olan 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərlənib.
Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media