Bakıda “kabab evi”ndə yoxlama keçirildi - FOTO

Bakıda “kabab evi”ndə yoxlama keçirildi - FOTO

Hazırda oxunan: Bakıda “kabab evi”ndə yoxlama keçirildi - FOTO

268780

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, m.6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Musayev Nəcməddin Fərman oğluna məxsus “Amin Kabab Evi” ictimai iaşə obyektində yoxlama keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı iaşə obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
 

Belə ki, istifadə olunan toyuq və qoyun ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin mövcud olmadığı, döşəmə, divar və tavanın tamlığının pozulduğu və gigiyenik materialdan təşkil edilmədiyi, alət və avadanlıqların korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.


Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO