Hövsanda zədələnmiş dövlət bayrağı ilə DİN-dən AÇIQLAMA

Hövsanda zədələnmiş dövlət bayrağı ilə DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Hövsanda zədələnmiş dövlət bayrağı ilə DİN-dən AÇIQLAMA

268747

Xəbər verdiyimiz kimi Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar massivi “Dənizkənarı” küçə adlanan ərazidə asılan Azərbaycan bayrağı cırılıb. Sakinlərin təqdim etdiyi görüntülərdə yayayış evinin hasarına bərkidilmiş bayrağın rənginin solduğu və bir neçə yerdən cırıldığı görünür.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi yayılan görüntülərlə bağlı açıqlama yayıb.

DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Dövlət Bayrağı ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq qanun pozuntusunun qarşısının alınması məqsədilə tədbirlər görülür.
 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun Dövlət Bayrağının istifadəsinə dair tələblərinin 9-cu maddəsinin 9.3 bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı bütöv olmalı və solğun görünməməlidir.


Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO