Pre-inkubasiya proqramının intensiv mərhələsi uğurla davam edir

Pre-inkubasiya proqramının intensiv mərhələsi uğurla davam edir

Hazırda oxunan: Pre-inkubasiya proqramının intensiv mərhələsi uğurla davam edir

268704

2025-ci il fevral ayında start götürən Oyun Layihələrinin Pre-inkubasiyası Proqramı hazırda fəal şəkildə davam edir. 

Bizim.Media xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və

“Gamepons” şirkətinin təşkilatçılığı ilə keçirilən proqram çərçivəsində seçilmiş komandalar üç ay ərzində öz oyun ideyalarını inkişaf etdirərək prototip mərhələsinə gətirirlər.

İştirakçılar peşəkar mentorların rəhbərliyi altında oyun dizaynı, səviyyə quruluşu, proqramlaşdırma, vizual incəsənət, oyun iqtisadiyyatı və marketinq kimi mühüm istiqamətlərdə nəzəri və praktiki biliklər qazanırlar. 

Bundan əlavə, onlar qlobal oyun sənayesinin iş prinsipləri ilə tanış olur, uğurlu studiyaların təcrübələrini öyrənir və öz layihələrinə tətbiq edirlər.

Proqram yalnız texniki bacarıqların inkişafını deyil, həm də komanda işinin təşkilini, düzgün planlama və layihə idarəsini də hədəfləyir. Bu isə iştirakçıların gələcəkdə yalnız yaxşı oyun tərtibatçıları deyil, həm də güclü oyun studiyaları kimi formalaşmasına imkan verir.

Hazırda proqramda 10-dan çox komanda aktiv şəkildə çalışır və mentorların dəstəyi ilə oyunlarını “Demo Day” mərhələsində təqdim etməyə hazırlaşırlar. Bu proses həm oyun sahəsinə marağın artmasına, həm də Azərbaycanda oyun sənayesinin yeni dalğasının formalaşmasına xidmət edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO