“Təcili yardım gec gəldi, laqeydlikdən öldü” – VİDEO

“Təcili yardım gec gəldi, laqeydlikdən öldü” – VİDEO

Hazırda oxunan: “Təcili yardım gec gəldi, laqeydlikdən öldü” – VİDEO

268646

Sentyabrın 2-də İsmayıllı rayon Mican kəndində arı sancması ölümlə nəticələnib.

Bizim.Media xəbər verir ki, Baku TV-yə danışan mərhumun qohumu Cənnət Musayevanın sözlərinə görə, hadisə 61 yaşlı kənd sakini Murad Hümmətovun nahar etdiyi zaman baş verib.

“Yemək yeyirdik, birdən dedi ki, məni arı vurdu. Əvvəlcə dilindən, daha sonra qırtlağından vurub. Arının iynəsini göstərdi mənə. Murada tez “Dimedrol” vurdum, 103-ə zəng etdim.

Ürəyində problem var idi, zobdan əməliyyat olunmuşdu. Gec gəldilər. Dedilər, 2 ambulansımız var, biri başqa yerdədir, o biri də indi gələcək. Laqeydliyin ucbatından öldü”, - C.Musayeva qeyd edib.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO