Alzheimer xəstəliyini 3 dəqiqəyə aşkar edən üsul tapıldı

Alzheimer xəstəliyini 3 dəqiqəyə aşkar edən üsul tapıldı

Hazırda oxunan: Alzheimer xəstəliyini 3 dəqiqəyə aşkar edən üsul tapıldı

268553

Britaniyada, Bat Universitetinin alimləri Alzheimer xəstəliyi ilə bağlı yaddaş pozuntularını ilkin mərhələdə müəyyən etməyə imkan verən sürətli EEQ (Elektroensefaloqramma) testi hazırlayıblar.

Bizim.Media xəbər verir ki, bu yenilik “Brain Communications” (BC) jurnalında təsvir olunub.

“Fastball” adlanan metod xüsusi növ elektroensefaloqramma texnologiyasına əsaslanır. Sınaqlarda iştirak edən şəxslərin baş dərisinə beynin elektrik aktivliyini qeyd edən sensorlar bərkidilir. Onlara ardıcıl şəkillər, o cümlədən təkrarlanan təsvirlər göstərilir. Sistem beynin tanış şəkillərə reaksiyasını izləyir.
 

Bristol Universiteti ilə birgə keçirilən ilkin tədqiqatda 54 sağlam könüllü və yüngül koqnitiv pozuntuları olan 52 nəfər iştirak edib. Əşyaları yadda saxlama qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan amnestik pozuntusu olan pasiyentlərin reaksiyası xeyli zəif olub. Məhz bu kateqoriyadan olan insanlarda Alzheimer xəstəliyinin inkişaf riski daha yüksəkdir.


Müəlliflərin qeyd etdiyinə görə, test cəmi üç dəqiqə vaxt aparır və ev şəraitində tətbiq oluna bilər ki, bu da iştirakçılar üçün stresi azaldır. Hazırda genişmiqyaslı klinik sınaqlar davam edir. Əgər əlavə araşdırmalar zamanı metodun effektivliyi təsdiqlənərsə, yeni test klinik təcrübədə istifadə edilə bilər. Alimlərin sözlərinə görə, bu üsul sayəsində həkimlər xəstəliyi erkən mərhələdə aşkarlaya və ən əlverişli dövrdə müalicəyə başlaya biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO