Dövlət qurumlarında çalışanlara ŞAD XƏBƏR – Maaşlarla bağlı YENİLİK

Dövlət qurumlarında çalışanlara ŞAD XƏBƏR – Maaşlarla bağlı YENİLİK

Hazırda oxunan: Dövlət qurumlarında çalışanlara ŞAD XƏBƏR – Maaşlarla bağlı YENİLİK

268529

Yaxın zamanlarda Azərbaycanda işçilər əməkhaqlarını iş yerinin müəyyən etdiyi deyil, özlərinin seçəcəkləri bankdan ala biləcəklər.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarını istənilən bankdan almaları ilə bağlı iş aparıldığını təsdiqləyib.

Bəs bu addım bank sektorunda rəqabəti gücləndirəcəkmi?

Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya deyib ki, burda əsas məqsəd banklar arasında rəqabət mühitini formalaşdırmaqdır:
 

“Məlumdur ki, son vaxtlara qədər dövlət qurumları tərəfindən verilən əmək haqları ancaq bir neçə bank tərəfindən ödənilirdi. Bu da həmin banklara bank bazarında əlavə üstünlüklər qazandırırdı. Yeni qərardan sonra həmin bankların bu üstünlükləri aradan qalxacaq. Artıq maaş alacağı bankı vətəndaş özü seçəcək. Hansı bank kimə daha sərfəlidirsə, məhz həmin bankla da işləyəcək. Bu da banklar arasında rəqabətin güclənməsinə vəsilə olacaq.


Nəticədə xidmətin keyfiyyəti yüksələcək, vətəndaş məmnunluğu artacaq. Nəzərə alaq ki, maaş və pensiyaların verilməsi üçün dövlət müvafiq banklara əlavə ödəniş edir. İndi həmin vəsait üçün də qızğın mübarizə gedəcək. Yaxşı olardı ki, hökumət pensiya və müavinətlərin verilməsində də yeni qaydanı tətbiq etsin. Bütün hallarda isə bu alqışalayiq addımdır”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO