Qadın çəkiliş gələnə qədər öldürülübmüş… - VİDEO

Qadın çəkiliş gələnə qədər öldürülübmüş… - VİDEO

Hazırda oxunan: Qadın çəkiliş gələnə qədər öldürülübmüş… - VİDEO

268411

Xəbər verdiyimiz kimi, bu gün Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib. 51 yaşlı Əminə Məlikova öldürülüb.

Bizim.Media xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Əminə Məlikova səhər saat 11 radələrində "Xəzər Xəbər"in vatsap qaynar xəttinə çəkiliş üçün müraciət edib. Lakin qadın bir neçə saat sonra qaynı tərəfindən öldürülüb.
 

Qadın müraciəti zamanı qaynının aralarında mülk üstündə yaranan problemə görə evi dağıtdığını, şüşələri sındırıb-tökdüyünü əks etdirən videoları da göndərib. Məsələnin ictimailəşdirilməsini, qayını barəsində tədbir görülməsini istəyirdi.


Digər səs yazılarında isə qaynı Pərviz Məlikovla aralarında yaranan mülk mübahisəsinin uzun müddətdir davam etdiyini, təhdid edildiyini bildirirdi. 53 yaşlı qadın qaynının onu təhdid etdiyini əks etdirən səs yazısını da göndərib.

Rayon prokurorluğunun məlumatına əsasən, araşdırma zamanı 58 yaşlı Pərviz Məlikovun qardaşı arvadı 53 yaşlı Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO