Erməni KİV-də Azərbaycanda həbsdə olan, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekciyan Viken Abrahamın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkumun hazırda cəzasını çəkdiyi bildirilir.
Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən Müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki o cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:54 / 02.09.2025
Azərbaycanda həbsdə olan erməniəsilli terrorçunun aclıq etməsi ilə bağlı iddialar YALANDIR
Hazırda oxunan: Azərbaycanda həbsdə olan erməniəsilli terrorçunun aclıq etməsi ilə bağlı iddialar YALANDIR
Hazırda oxunan: Azərbaycanda həbsdə olan erməniəsilli terrorçunun aclıq etməsi ilə bağlı iddialar YALANDIR
268387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.