“Görüş” kafesində nöqsanlar aşkarlandı – FOTO

“Görüş” kafesində nöqsanlar aşkarlandı – FOTO

Hazırda oxunan: “Görüş” kafesində nöqsanlar aşkarlandı – FOTO

268372

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi 129 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mirzəyeva Esmira Zakir qızına məxsus “Görüş” kafesində yoxlama keçirib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı kafedə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
 

Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulunda istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.


Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO