“AzTV-dən özüm getdim, amma bizi oradan getməyə məcbur etdilər”  - (VİDEO)

“AzTV-dən özüm getdim, amma bizi oradan getməyə məcbur etdilər” - (VİDEO)

Hazırda oxunan: “AzTV-dən özüm getdim, amma bizi oradan getməyə məcbur etdilər” - (VİDEO)

268262
Soyadlarımıza görə həmişə elə biliblər ki, Akif İslamzadənin həyat yoldaşıyam. Hətta hərdən deyirlər ki, yoldaşınız oxumur. Deyirəm, onsuz da oxumurdu.

Bu sözləri əməkdar artist, sevilən teleaparıcı Nailə İslamzadə rejissor Nail Naiboğlunun “21 sual” adlı Yutub layihəsinin suallarını cavablandırarkən deyib.

N.İslamzadə bildirib ki, indi də bir çoxu onu Sara xanımın gəlini bilir:

“Efirə Uluxanova kimi gəldim. İki-üç il sonra İslamzadə oldum. Həmin ərəfədə Akif İslamzadəyə görə bu soyad məşhur idi. Həm də Akif bəyin xanımının adı Nailə idi və bir övladı varıydı. Mənim də bir övladım var. İndi də elə bilirlər ki, mən Sara xanımın gəliniyəm. Hətta hərdən deyirlər ki, yoldaşınız oxumur. Deyirəm, onsuz da oxumurdu”.

Əməkdar artist Azərbaycan Dövlət Televiziyasından getməyindən də danışıb:

“AzTV-dən özüm getdim, amma məni getməyə məcbur etdilər. Mən getdiyim vaxtdakı şərait olmamışdı. Bir çoxlarımızı oradan getməyə məcbur etdilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO