Azərbaycanda 94 nəfər ZƏHƏRLƏNİB: Ölənlər var

Azərbaycanda 94 nəfər ZƏHƏRLƏNİB: Ölənlər var

Hazırda oxunan: Azərbaycanda 94 nəfər ZƏHƏRLƏNİB: Ölənlər var

268247

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.

Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) ölüb.


Bildirilib ki, ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO