DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

268237

Bu gün Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, bu gün diametri 315 mm-lik PE “Təzəkənd-Qarabağlı-Qırxçıraq” yeraltı orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar Salyan rayonunun 19 kəndində qaz olmayacaq.

“02.09.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 19 kəndində - Pamıqkənd, Bəşirbəyli, Çadırlı, Qarabağlı, Kərimbəyli, Cavadlı, Gomuşlu, Kolanı, Xalac, Abad, Seydan, Parçaxalac, Piratman, Yolüstü, Yeni Uluxanlı, Varlı 1, Varlı 2, Peyk, Düzənlik kəndlərində və Qaraçala, Qırxçıraq qəsəbələrində (ümumi 8405 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır”, - məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO