Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Hazırda oxunan: Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

268221

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində fəaliyyət göstərən və Yuşə Niyaz oğlu Məmmədova məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində protokol tərtib edilib və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

“Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektlərinin sahibləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO