Lənkəranda maşın velosipedçini vuraraq öldürdü - FOTO

Lənkəranda maşın velosipedçini vuraraq öldürdü - FOTO

Hazırda oxunan: Lənkəranda maşın velosipedçini vuraraq öldürdü - FOTO

268197

Lənkəranda "Toyota" markalı avtomobil velosipedçini vurub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Ələt–Astara magistralında, Göyşaban kəndi ərazisində baş verib.

Lənkəran şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi "Toyota Prius" ilə hərəkət edərkən, Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub.

Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma davam edir.



Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO