Göyçay qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Göyçay qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Hazırda oxunan: Göyçay qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

268187

Göyçayda baş verən ağır qəza ilə bağlı TƏBİB məlumat yayıb.

Qurumdan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 01.09.2025-ci il tarixində saat 16:00 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və yerdəyişən sınıqları diaqnozları təyin olunub.


Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində, vəziyyəti orta ağır qiymətləndirilən 1999-cu il təvəllüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.


1993-cü il təvəllüdlü şəxsə zəruri ilkin tibbi xidmət göstərildikdən sonra öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib”, - məlumatda bildirilib.

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO