Xalasının işgəncəsinə məruz qalan uşaqla bağlı AÇIQLAMA

Xalasının işgəncəsinə məruz qalan uşaqla bağlı AÇIQLAMA

Hazırda oxunan: Xalasının işgəncəsinə məruz qalan uşaqla bağlı AÇIQLAMA

268178

Bakıda fiziki zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan şəxsə yetirilən xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, qəyyumluğun ləğv edilməsi və uşağın xəstəxanaya yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür:
 

"Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hadisə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər həyata keçirilib. Səfər zamanı yuxarıda adı çəkilən ünvanda yalnız yetkinlik yaşına çatmayan uşağın 21 yaşlı qardaşının olduğu, uşağın isə qəyyumu tərəfindən Lənkəran şəhərinə apardığı məlum olub.



Hüquq mühafizə orqanları tərəfindən yeniyetmənin ona qarşı zorakılıq törətməkdə şübhəli bilinən qəyyumu ilə birgə dərhal Bakıya gətirilməsi təmin edilib. Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO