Cənub bölgəsinin qız məzunu Hərbi İnstituta qəbul olundu

Cənub bölgəsinin qız məzunu Hərbi İnstituta qəbul olundu

Hazırda oxunan: Cənub bölgəsinin qız məzunu Hərbi İnstituta qəbul olundu

268129

Astara rayonunun təhsil tarixində ilk dəfədir ki, bir qız məzun Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunub. Kursant adına layiq görülmək şərəfinə nail olan məzun  Nəhmətzadə Zərifə Eldəniz qızıdır.

Bizim.Media “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, 2008-ci ildə Astara rayonunun Alaşa kəndində dünyaya göz açan Zərifə təhsil yoluna 2014-cü ildə Səncərədi kənd tam orta məktəbində başlayıb.

Daha sonra Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə oxuyub, 2025-ci ildə həmin məktəbi başa vurub.

Buraxılış imtahanından 203, qəbul imtahanından isə 247 bal toplayaraq ümumilikdə 450 bal ilə Heydər Əliyev adına Hərbi İnstitutun kursantı adına layiq görülüb.

Zərifənin hərbi peşəyə yönəlməsində atasının təsiri az olmayıb. Polis orqanlarında xidmət edən atası onun üçün ən böyük nümunə olub və bu yolda qızına ruhlandırıcı dəstək verib.
 

“Cənub bölgəsində qızların hərbi sahəyə yönəlməsi bir az qəribə qarşılanır. Amma mən bu addımı atmaqla gələcəkdə başqa qızlara da yol açacağıma inanıram. Rayonumuzun tarixində ilk qız kursant olduğum üçün qürur hissi keçirirəm. Digər qızlara da tövsiyə edirəm ki, bu çətin və şərəfli peşədə addımlamaqdan qorxmasınlar”, - Zərifə Nəhmətzadə bildirib.


O, gələcəkdə vətəninə layiqli xidmət göstərərək ən yüksək rütbələrə sahib olmağı qarşısına məqsəd qoyub. Ən əsası isə qızlara verdiyi mesajdır:

“Kimliyindən və şəxsiyyətindən asılı olmayaraq, ürəkdən bu vəzifəni istəyən qızlar bu yoldakı çətinliklərə dözməli, “qızın hərbi sahədə nə işi var?” kimi sözlərə əhəmiyyət verməməlidirlər!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO