Əməkdar müəllimin ölkədən çıxışına "STOP" qoyuldu

Əməkdar müəllimin ölkədən çıxışına "STOP" qoyuldu

Hazırda oxunan: Əməkdar müəllimin ölkədən çıxışına "STOP" qoyuldu

268100

Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyinin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bizim.Media qaynarinfo.az-a istinadla xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353.19 manat vergi borcunun olmasıdır.
 

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsi üçün müraciət edilib.


Məhkəmənin qərarı ilə 53 yaşlı direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO