Teleqramda YENİLİK - Profilə mahnı əlavə etmək mümkün oldu

Teleqramda YENİLİK - Profilə mahnı əlavə etmək mümkün oldu

Hazırda oxunan: Teleqramda YENİLİK - Profilə mahnı əlavə etmək mümkün oldu

268075

Teleqram istifadəçiləri profillərində musiqi paylaşa biləcəklər.

Bizim.Media xəbər verir ki, teleqram yenilənməsi ilə istifadəyə verilən yeni funksiya sayəsində istifadəçilər hər hansı bir mahnını seçərək onu profilindəki xüsusi paneldə yerləşdirə bilərlər. Bir neçə mahnı əlavə edildikdə, sistem avtomatik olaraq pleylist yaradır.

Həmçinin Android istifadəçiləri üçün profil dizaynı da yenilənib.

Yenlik istifadəçilərə zövqlərini daha yaxşı ifadə etməyə, profillərini fərdiləşdirməyə və tətbiqdən daha rahat istifadə etməyə imkan verir. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO