Balakəndə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub.
Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar.
Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:21 / 01.09.2025
SON DƏQİQƏ! Polis dağlarda əməliyyat keçirdi - Silahlı şəxslər TUTULDU – FOTO
Hazırda oxunan: SON DƏQİQƏ! Polis dağlarda əməliyyat keçirdi - Silahlı şəxslər TUTULDU – FOTO
Hazırda oxunan: SON DƏQİQƏ! Polis dağlarda əməliyyat keçirdi - Silahlı şəxslər TUTULDU – FOTO
268040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.