Yeni elmi araşdırmalar göstərib ki, qan qrupları yalnız immunitet sistemi, xəstəlik riski və ya orqan köçürülməsində uyğunluq kimi mövzularla məhdudlaşmır. Qan qruplarının həm də ağrı həssaslığına təsir göstərə biləcəyi ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə "0" yəni I qan qrupuna sahib insanların ağrıya qarşı daha dözümlü ola biləcəyi müəyyən edilib.
Lakin ekspertlər xəbərdarlıq edir ki, bu dayanıqlılıq bəzi hallarda xəstəliklərin gec diaqnoz qoyulmasına səbəb ola bilər. Çünki ağrı orqanizmin xəbərdarlıq siqnalıdır.
Müxtəlif qan qruplarına sahib şəxslərlə aparılan ağrı dözümlülüyü testlərində "0" qan qrupundakı iştirakçıların digər qruplara nisbətən ağrıya daha uzun müddət tab gətirdiyi müşahidə olunub. Bu nəticə "0" qan qrupunun "ən ağrıya davamlı qan qrupu" ola biləcəyini göstərir.
Alimlərin fikrincə, bu fərq qan laxtalanmasının xüsusiyyətləri ilə və ya sinir sisteminin ağrı siqnallarını işləmə tərzi ilə bağlı ola bilər.
Ağrıya qarşı dözümlülük bəzi hallarda üstünlük kimi görünsə də, mütəxəssislər bu xüsusiyyətin sağlamlıq problemlərinin gec müəyyən olunmasına yol aça biləcəyini vurğulayır.
Mütəxəssislər nəticələrin əhəmiyyətli olduğunu, lakin dəqiq qənaət üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu bildirirlər. Bununla belə, araşdırma qan qruplarının insan sağlamlığı və fərdi xüsusiyyətlər üzərindəki təsirinə dair marağı artırıb. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:34 / 01.09.2025
Ağrıya ən dözümlü olan qan qrupu məlum oldu
Hazırda oxunan: Ağrıya ən dözümlü olan qan qrupu məlum oldu
Hazırda oxunan: Ağrıya ən dözümlü olan qan qrupu məlum oldu
268032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.