“Qarabağda baş verənlərin, təbiətə amansız münasibətin dünya ictimaiyyətinə çatdırılmasında önəmli addımdır”.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən tədbirində deyib.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda yeni Milli Park yaradılacaq
O bildirib ki, işğaldan azad edilən ərazidə təbiətin bərpası üçün addımlar atılacaq:
Bu ərazilərdə nadir bitkilər, eləcə də ölkəmizin mineral su ehtiyatlarının 40 faizi yerləşir.
Qarabağda müasir texnologiyaların tətbiqi ilə yaşıl enerji zolağı yaradılacaq. İşğaldan azad edilən ərazilərdə milyonlarla ağacın əkilməsi və meşələrin bərpası nəzərdə tutulub”.
O bildirib ki, artıq “Qırmızı kitab”ın 3-cü nəşrinin də hazırlanmasına başlanılıb.
Bizim.Media