Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi 1 sentyabr saat 18:00-dək uzadılır.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, namizədlər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:55 / 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti UZADILDI
Hazırda oxunan: Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti UZADILDI
Hazırda oxunan: Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti UZADILDI
267514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.