Vəfat edən şəxsin bank borcunun taleyi ilə bağlı suallar cəmiyyətdə tez-tez müzakirə olunur.
İnsanların ən çox maraqlandığı məqam isə borcun ailə üzvlərinə keçib-keçməməsi və bu məsələdə qanunvericiliyin necə tənzimləməsidir.
Bizim.Media xəbər verir ki, hüquqşünas Elcan Həsənli bu məsələ ilə bağlı Metbuat.az-a açıqlama verib. O qeyd edib ki, vəfat edən şəxsin borcu avtomatik olaraq ailə üzvlərinə keçmir.
Yalnız miras qəbul edilərsə, həm aktivlər (mülk, pul vəsaiti), həm də passivlər (borclar) mirasçılara keçir:
“Əgər mirasçılar mirası qəbul etməzsə, onlar borcu ödəmək öhdəliyindən azad olunurlar. Bəzi hallarda kredit müqaviləsində sığorta nəzərdə tutulur. Bu halda borcun ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir”.
Elcan Həsənlinin sözlərinə görə, miras qəbul etməzdən əvvəl vətəndaşlar həm aktivlərin, həm də passivlərin hüquqi vəziyyətini dəqiq öyrənməlidirlər.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələ qanunvericilikdə “Mülki Məcəllə”nin müddəaları ilə tənzimlənir və bəzən mübahisələrə səbəb olur.
Onun sözlərinə görə, Mülki Məcəlləyə əsasən, kredit götürən şəxs dünyasını dəyişərsə, həmin borc onun mülkiyyəti hesabına ödənilməlidir. Lakin vətəndaşın adına heç bir mülk olmadığı halda məsuliyyət zaminin üzərinə keçir. Ə. Həsənov əlavə edib ki, bu zaman bankların zaminlərə müəyyən faiz güzəştləri etməsi mühüm məqamdır:
“Zamin mütləq şəkildə kredit faizinin bağışlanmasına dair bankdan yazılı sənəd almalıdır. Bu, gələcəkdə yarana biləcək hüquqi mübahisələrin də qarşısını alacaq”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:29 / 28.08.2025
Vəfat edən şəxsin kreditini kim ödəməlidir? – AÇIQLAMA
Hazırda oxunan: Vəfat edən şəxsin kreditini kim ödəməlidir? – AÇIQLAMA
Hazırda oxunan: Vəfat edən şəxsin kreditini kim ödəməlidir? – AÇIQLAMA
267507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.