Bu qida orqanizmi xərçəngdən qoruyur – ARAŞDIRMA

Bu qida orqanizmi xərçəngdən qoruyur – ARAŞDIRMA

Hazırda oxunan: Bu qida orqanizmi xərçəngdən qoruyur – ARAŞDIRMA

267499

Təxminən 16 min nəfərin qidalanma vərdişləri araşdırılıb və maraqlı nəticələr əldə olunub.

Bizim.Media “Sciencealert” nəşrinə istinadla xəbər verir ki, Kanadanın McMaster Universitetinin alimlərinin apardıqları araşdırmaya görə, heyvan mənşəli zülalın qəbulu (ət, toyuq, balıq, yumurta və s.) ölüm riskini artırmır.

Əksinə, daha çox heyvan zülalı qəbul edən insanların xərçəngdən ölüm riski bir qədər aşağı olur.

Nəticələrə əsasən, heyvan və ya bitki zülalı yemək ümumi ölüm riskinə də təsir etmir. Heyvan zülalı xərçəngdən qoruyucu təsir də göstərə bilər. Bitki zülalının təsiri isə bu sahədə zəifdir.

Araşdırmaya rəhbərlik edən professor Stuart Phillips bildirib ki, zülalın sağlamlıqla əlaqəsi ətrafında çox qarışıqlıq var. Bu iş sübuta əsaslanan daha aydın nəticələr ortaya qoyur.

Alimlər dəqiqlik üçün qabaqcıl statistik metodlardan istifadə ediblər və nəticələrin etibarlı olduğunu vurğulayıblar. Bu işin maliyyələşdirilməsi Amerika Birləşmiş Ştatlarının Milli Maldarların Mal əti Assosiasiyası tərəfindən həyata keçirilib. Lakin tədqiqatçılar təşkilatın nəticələrə qarışmadığını qeyd ediblər.

Eyni zamanda, vurğulanıb ki, həm heyvan, həm də bitki zülalları sağlam pəhrizin bir hissəsi ola bilər. Ət yemək isə müəyyən hallarda xərçəngə qarşı qoruyucu rol oynaya bilər. (azərtac.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO