Azərbaycanda uşaq ailədən hansı hallarda birdəfəlik ALINIR? – HÜQUQİ İZAH

Azərbaycanda uşaq ailədən hansı hallarda birdəfəlik ALINIR? – HÜQUQİ İZAH

Hazırda oxunan: Azərbaycanda uşaq ailədən hansı hallarda birdəfəlik ALINIR? – HÜQUQİ İZAH

267458

Xarici ölkələrdə (xüsusilə inkişaf etmiş Qərb ölkələrində, məsələn, ABŞ, Kanada, Almaniya, İsveç, Norveç və s.) valideynlərin uşağa qarşı fiziki şiddət göstərməsi ciddi hüquqi və sosial nəticələrə səbəb olur. Bu hallar uşağın hüquqlarının pozulması kimi qiymətləndirilir və dövlət qurumları müdaxilə edir. Çox hallarda şiddət görmüş uşaq ailədən alınaraq, dövlətin himayəsinə verilir.

Azərbaycanda da oxşar hallarla bağlı qanunvericilik mövcuddur və valideynlər bu davranışa görə ciddi hüquqi məsuliyyət daşıyırlar.

Bəs, uşaq ailədən birdəfəlik nə vaxt alınır?

Bizim.Media-ya açıqlamasında vəkil Vüsal Cəfərov bildirib ki, bəzi hallarda məhkəmə valideynlik hüquqlarını tamamilə ləğv etmir, uşağın mənafeyini nəzərə alaraq məhdudlaşdırma qərarı çıxarır:

“Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər uşaqlarına qarşı zorakılıq törətdikdə, valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, uşağı tibbi və ya sosial müəssisədən götürməkdən imtina etdikdə, eləcə də valideyn hüquqlarından sui-istifadə etdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər”, - deyə vəkil bildirib.
 

“Əgər valideynin davranışları uşağın həyat və sağlamlığı üçün təhlükə yaradırsa, lakin hələlik valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, məhkəmə məhdudlaşdırma tətbiq edə bilər. Valideynlər davranışlarını dəyişməzsə, 6 ay sonra müvafiq icra hakimiyyəti orqanı onların valideynlik hüquqlarından məhrum edilməsi üçün iddia qaldıra bilər”.


Vəkil əlavə edib ki, bu iddianı yalnız dövlət orqanları deyil, uşağın yaxın qohumları, himayəçi qurumlar və təhsil müəssisələri də qaldıra bilirlər.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO