Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR – VİDEO

Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR – VİDEO

Hazırda oxunan: Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR – VİDEO

267427

Ötən gün Quba-Susay-Xınalıq yolunun Qaleyxudat kəndindən keçən hissəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Quba-Xınalıq yolundakı dəhşətli qəzada ölən və yaralanan şəxslərin KİMLİYİ bəlli oldu - ÖZƏL


Quba rayon İcra Hakimiyyəti başçısının Əlik İƏD üzrə nümayəndəsi Mübariz Ağasiyev
Bizim.Media-ya məlumat verib ki, qəzaya uğrayan "Ford" markalı avtomobilin sürücüsü, 52 yaşlı Füzuli sakini İlqar Əhmədov dumanlı havada yolu azıb.

Belə ki, sürücü Qrız kəndinə dönməli olsa da, 10-12 km artıq məsafə qət edib. Nəticədə "Ford" yüksəklikdən dərəyə aşıb.

Qəzada sürücü həyatını itirib, sərnişin Ramil İbrahimzadə isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəzaya uğrayanlar Qrız kəndinə kino çəkən yaponiyalı yaradıcı heyətə sanitar avadanlıqlar aparırmış. Quba rayon İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, yapon film heyəti serialın bir bölümünü Qrız kəndində çəkirmişlər.

Ağır qəzanın tam başvermə səbəbi Quba rayon polis şöbəsinin istintaq bölməsində başlanılan araşdırmalar nəticəsində müəyyən edəcək.

Bu faciəli olay sürücülərə bir daha avtomobil yollarında, xüsusən dağ massivlərində hava şəraitinə görə daha ehtiyatlı olmalarının, həyatlarını riskə atmamalarının nə dərəcədə önəmli olduğunu göstərir.

Aytəkin Alxaslı, Bizim Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO