Metro sərnişinlərinə şad XƏBƏR

Metro sərnişinlərinə şad XƏBƏR

Hazırda oxunan: Metro sərnişinlərinə şad XƏBƏR

267402

Hazırda Bakı metropoliteninin xətlərində 347 vaqon (66 qatar tərkibi) sərnişindaşıma fəaliyyətinə cəlb edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az”ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, onlardan 150 vaqon (30 qatar tərkibi) innovasiyalar baxımından sonuncu - 4-cü nəslə mənsubdur.

"2025-ci ildə Bakı metropolitenində 20 yeni nəsil vaqonun (4 qatar tərkibi) xəttə buraxılması planlaşdırılsa da, əlavə 10 yeni vaqonun (2 qatar tərkibi) Bakıya gətirilməsi nəzərdə tutulub.

Hazırda qeyd edilən vaqonlardan 4 qatar tərkibi (20 vaqon) Bakıya gətirilərək üzərində komplektləşdirilmə işlərinə başlanılıb. Qeyd edilən işlərin yekun mərhələsində yeni qatarlar normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunacaq.

Ümumilikdə cari ilin sonunadək Bakı metropoliteninin yeni nəsil vaqonlarının sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq",- deyə əlavə edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO