Ağdamda 2 azyaşlının valideynləri tərəfindən döyülməsi ilə bağlı ARAŞDIRMA BAŞLANDI

Ağdamda 2 azyaşlının valideynləri tərəfindən döyülməsi ilə bağlı ARAŞDIRMA BAŞLANDI

Hazırda oxunan: Ağdamda 2 azyaşlının valideynləri tərəfindən döyülməsi ilə bağlı ARAŞDIRMA BAŞLANDI

267364

Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda DƏHŞƏT – Ata körpə oğlunu ölümcül hala saldı - TƏFƏRRÜAT


O bildirib ki, hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar:

“Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, onun Bakı şəhərinə gətirilməsi ilə bağlı tədbirlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ nəzarətə götürülüb. Mərkəzin əməkdaşları tibb müəssisəsində uşaqların yanındadırlar, səhhətləri ilə yaxından maraqlanırlar”.

Qeyd edilib ki, ilkin məlumata əsasən, hadisəni törədən valideynlər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib:

“Baş vermiş hadisə əsnasında valideynlər öz hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməklə yanaşı onların mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verməklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsini kobud şəkildə pozmuşlar.
 

Mövcud vəziyyət isə valideynlərin məsuliyyətə cəlb olunması, habelə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə halı ilə nəticələnir”.


Xatırladaq ki, Ağdamın Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rzayev Malik (şərti ad) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına gətirilib. Onun vəziyyətinin kəskin ağır olduğu bildirilir. Körpənin valideyni tərəfindən döyüldüyü iddia edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO