Ağdamda DƏHŞƏT – Ata körpə oğlunu ölümcül hala saldı - TƏFƏRRÜAT - FOTO

Ağdamda DƏHŞƏT – Ata körpə oğlunu ölümcül hala saldı - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Ağdamda DƏHŞƏT – Ata körpə oğlunu ölümcül hala saldı - TƏFƏRRÜAT - FOTO

267344

Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.
 

Belə ki, 2023-cü il təvəllüdlü Rzayev Malik (şərti ad) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına gətirilib. Onun vəziyyətinin kəskin ağır olduğu bildirilir.


Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb. 

Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bəzi nahiyələrini dişləyərək xəsarət yetiriblər. Körpə müəlicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb. Lakin sonradan uşaq valideynlərinə qaytarılıb.

Əməli törətməkdə şübhəli bilinən, ata Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO