Ana bətnində zəhərlənən KÖRPƏLƏR - Siqaret və spirtli içki dölü necə zədələyir?

Ana bətnində zəhərlənən KÖRPƏLƏR - Siqaret və spirtli içki dölü necə zədələyir?

Hazırda oxunan: Ana bətnində zəhərlənən KÖRPƏLƏR - Siqaret və spirtli içki dölü necə zədələyir?

267341

Hamiləlik dövründə qadının qəbul etdiyi hər bir qida, vərdiş və davranış birbaşa körpənin sağlamlığına təsir edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, siqaret və spirtli içki yalnız ananın deyil, dölün də həyatını ciddi risk altına alır. Bu səbəbdən hamiləlik zamanı belə vərdişlərdən uzaq durmaq uşaqların sağlam gələcəyi üçün vacib şərt hesab olunur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb eksperti Aydın Əliyev bildirib ki, siqaret və alkoqolun təsirləri çox vaxt gənc analar tərəfindən yetərincə qiymətləndirilmədiyindən, həm ana, həm də körpə üçün arzuolunmaz nəticələr ortaya çıxır:

“Ümumiyyətlə, bizi qidalandıran qandır. Qan bütün orqanlara daşınır və onları idarə edir.
 

Qanı qatılaşdıran maddələrdən biri də çox istifadə edilən siqaretdir. Qan qatı olduqda isə onun hərəkəti pozulur”, - deyə ekspert vurğulayıb.


Onun sözlərinə görə, siqaret çəkən insanlarda tənəffüs yolları daha tez zədələnir, öskürək və nəfəs darlığı yaranır, ağciyər xəstəlikləri inkişaf edir:

“Əgər hamilə qadın siqaret çəkirsə, bu təsir təkcə onun sağlamlığına deyil, bətnindəki körpəyə də ötürülür. Ana özündə yaranan zərəri qan vasitəsilə birbaşa uşağa ötürür”, -  A.Əliyev əlavə edib.

Mütəxəssis həmçinin spirtli içkinin də eyni təhlükəni daşıdığını bildirib:
 

“İçki də, siqaret də hamilə qadınlara qətiyyən olmaz. Çünki bu vərdişlər uşaqların gələcəyini ciddi təhlükə altına alır”.


Ekspertin fikrincə, belə halların nəticəsində körpələrdə vaxtından əvvəl doğulma, çəkidə azlıq, ürək və ağciyər qüsurları, zehni inkişaf geriliyi kimi problemlər müşahidə oluna bilər. Ona görə də hamiləlik dövründə sağlam həyat tərzinə əməl etmək həm ana, həm də övlad üçün həyati əhəmiyyət daşıyır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO